“Ronaldo müasir futbolda ən yaxşıdır” – Pele

Braziliya milli komandasının keçmiş futbolçusu Pele Portuqaliya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, keçmiş hücumçu, “A Bola” nəşrinə açıqlamasında, Kriştiano Ronaldonun müasir futbolda ən yaxşı olduğunu deyib:

“Düşünürəm ki, Ronaldo müasir futbolda ən yaxşıdır. O, sabit futbolçudur. Əlbəttə ki, Lionel Messini unutmuram. Tarixin ən yaxşısı kimdir? Bu, çətin sualdır. Zikonu, Ronaldinyonu, Ronaldonu unutmamalıyıq. Avropada Zinəddin Zidan və Frans Bekkenbauer kimi futbolçular da olub. Ancaq məncə, tarixin ən yaxşısı Peledir. Çünki bütün futbolçular mənimlə müqayisə olunur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button