Kaka 100 milyon avroya “yox” deyib

Braziliya milli komandasının keçmiş futbolçusu Kaka 2009-cu ildə “Mançester Siti”dən təklif alıb.

Komanda.az xəbər verir ki, bu barədə keçmiş yarımmüdafiəçinin agenti Qaetano Paolilyo İtaliya mətbuatına açıqlamasında deyib:

“Milan” nümayəndələri mənə Kaka üçün təklif olduğunu demişdi. “Mançester Siti” onun üçün 100 milyon avro ödəyirdi. Ancaq Kakayla danışdım və o, “Milan”da qalmaq istədiyi üçün bu təklifi dərhal rədd etdi. Sonra Kaka milli komandanın oyunları üçün Braziliyaya getdi və ondan xəbərsiz, “Milan” nümayəndələri onu “Real”a satdılar”.

Karyerası ərzində “Milan”, “Real”, “Orlando Siti” kimi klublarda çıxış edən Kaka, 92 dəfə də Braziliya yığmasının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button