Neymar Ronaldonu geridə qoydu

Braziliya milli komandası DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 2-ci turunda Perunu məğlub edib.

Komanda.az xəbər verir ki, 4:2 hesabıyla bitən görüşdə Braziliya yığmasının hücumçusu Neymar yeni uğura imza atıb. Peru ilə matçda het-trik edən Neymar, yığmadakı qollarının sayını 64-ə çatdırıb. O, bununla da, Braziliya millisində ən çox qol vuran 2-ci futbolçu ünvanını qazanıb.

Braziliya yığmasının bombardiri Peledir. Onun aktivində 77 qol var. Üçüncü sırada isə 62 qolla “Yekədiş” ləqəbli Ronaldo Nazariodur.