Braziliya çempionu bilindi

Futbol üzrə Braziliya A Seriyasının qalibi məlum olub.

Komanda.az xəbər verir ki, 36-cı turda “Baya”nı 3:2 hesabıyla məğlub edən “Atletiko Mineyro” komandası çempion olub.

81 xalla lider olan “Atletiko Mineyro” ən yaxın izləyicisi “Flamenqo”nu 9 xal qabaqlayaraq, sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.

“Atletiko Mineyro” klub tarixində 2-ci dəfə Braziliya çempionu olub.