Branislav İvanoviç Premyer Liqa klubunda – RƏSMİ

İngiltərənin “Vest Bromviç” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bu yay Rusiya çempionu “Zenit”dən ayrılan serb müdafiəçi Branislav İvanoviçi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 36 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. Serbiya yığmasının sabiq üzvü “Vest Bromviç”də “20” nömrəli formanı geyinəcək.

2017-ci ildən “Zenit”in uğurları üçün çalışan, son mövsümdə bu klubla Rusiya çempionu olan, Serbiya yığmasında 100-dən çox oyun keçirmiş İvanoviç, karyerası ərzində “Srem”, “OFK Beoqrad”, “Lokomotiv” (Moskva), “Çelsi” klublarında da forma geyinib. O, karyerasının böyük hissəsini (2008-2017) məhz London klubunda keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button