“Böyük hədəflərə çatmaq üçün yaxşı heyətimiz var” – Frutos

“Qol vurduğum üçün şadam. Amma qələbə qazandığımıza görə daha çox sevinirəm”.

Komanda.az xəbər verir ki, bu sözləri “Keşlə”nin futbolçusu Lorenso Frutos evdə “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 13-cü tur matçından sonra deyib.

6 qolla bombardirlər siyahısında vahid liderliyi ələ keçirən paraqvaylı hücumçu oyunun ağır alındığını bildirib: “Sumqayıt” çox yaxşı komandadır. Rəqibin yaxşı heyətə malik olduğunu bilirdik. Ötən tur “Qarabağ” üzərində 2:1 hesablı qələbə qazandıqları oyunu da görmüşdük. Amma bizim üçün bu matç çox önəmli idi. Həftə ərzində ciddi hazırlıq keçmişdik. Müsbət nəticə əldə etmək istəyirdik. Bu qələbə bizim üçün olduqca vacib idi. Kollektiv olaraq yaxşı oynadıq və yaxşı da qələbə qazandıq. Hamımız bunun üçün çalışırdıq”.

30 yaşlı forvard “Keşlə”nin çempionluq, özünün isə bombardirlik şanslarından da danışıb: “Böyük hədəflərə çatmaq üçün yaxşı heyətə malik olduğumuzu düşünürəm. Növbəti oyunlara da 3 xal üçün çıxacağıq. Şəxsən özüm komandam üçün çalışıram. Hazırda komandamız ikinci yerdədir. Öz qollarımla komandama kömək etməyə çox çalışıram. Bunu edə bildikdə, çox sevinirəm. Gələcəkdə də belə davam etməyə çalışacağam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button