Böyük Britaniyada ilin idmançısı məlum oldu

Böyük Britaniyada 2020-ci ilin ən yaxşı idmançısı açıqlanıb.

Komanda.az xəbər verir ki, BBC-nin keçirdiyi səsvermədə Formula 1 üzrə 7 qat dünya çempionu Luis Hemilton ilin idmançısı seçilib.

İkinci yeri “Liverpul” klubunun futbolçusu Cordan Henderson, 3-cünü isə çapar Holli Doyl tutub.

Luis Hemilton bu il 7-ci dəfə dünya çempionu olub və bu göstəricidə almaniyalı Mixael Şumaxerin rekorduna şərik olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button