Elvin Yunuszadə “Çelik”də ilk oyununa çıxdı

Bosniya və Herseqovinanın “Çelik” klubuna transfer olunan Elvin Yunuszadə yeni komandasında debüt oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Yunuszadə komandasının “Borats”la keçirdiyi yoxlama görüşündə meydana çıxıb. Start heyətdə yer alan müdafiəçi ikinci hissədə əvəzlənib. Görüş “Çelik”in minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.

“Neftçi”, “Qarabağ”, “Sabah”, “Səbail” kimi klubların formasını geyinən Elvin, 3 dəfə də Azərbaycan milli komandasının şərəfini qoruyub və bir qol vurub.