“Borussiya”ya qələbə üçün 1 qol bəs etdi

Futbol üzrə Almaniya Bundesliqasında 1-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Volfsburq” – “Verder” matçında qalib müəyyənləşməyib. Mönhenqladbax “Borussiya”sı “Hoffenhaym”ı, Dortmund “Borussiya”sı “Bayer”i, “Union Berlin” isə “Herta”nı məğlub yola salıb. “Frayburq” da səfərdə “Auqsburq”u 4 cavabsız qolla üstələyib. Üç qolun qeydə alındığı “Bohum” – “Maynts” matçında da qonaqlar qələbə qazanıblar.

Almaniya Bundesliqası
1-ci tur
6 avqust

Auqsburq – Frayburq 0:4
Qol: Qreqoritş, 46. Qrifo, 48. Ginter, 61. Doan, 78.

Borussiya (Mönhenqladbax) – Hoffenhaym 3:1
Qol: Bensebaini, 42. Turam, 71. Elvedi, 78 – Skov, 25.

Bohum – Maynts 1:2
Qol: Stoger, 39 – Onisivo, 26; 77.

Union Berlin – Herta 3:1
Qol: Sibaço, 32. Bekker, 50. Knoçe, 54 – Lukebakio, 85.

Volfsburq – Verder 2:2
Qol: Nmeça, 11. Gilavoqi, 94 – Fullkruq, 21. Bittenkur, 23.

Borussiya (Dortmund) – Bayer 1:0
Qol: Roys, 10.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button