“Ayntraxt”a 36 dəqiqəyə 6 qol vurdular

Almaniya Bundesliqasında 32-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Leyptsiq” “Maynts” səfərinə yollanıb. Altı qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.

Şənbə günü beş oyun baş tutub. Münhenqladbax “Borussiya”sı doğma meydanda “Hoffenhaym”la məhsuldar heç-heçəyə razılaşıb. “Herta” “Ştutqart”ı, “Volfsburq” “Nürnberq”i məğlub yola salıb.

Lider “Bavariya” bu turda doğma azarkeşləri qarşısında “Hannover”i qəbul edib və inamlı qələbə sayəsində çempionluğa bir addım da yaxınlaşıb. Dortmund “Borussiya”sı isə “Verder” səfərinə yollanıb və bu oyunda da xal itirməklə çempionluq şansını möcüzəyə buraxıb.

Son oyun günündə üç qarşılaşma baş tutub. “Şalke” – “Auqsburq”, eləcə də “Frayburq” – “Fortuna” oyunlarında qalib müəyyənləşməyib. “Bayer” isə Frankfurt “Ayntraxt”ı ilə ev oyununda darmadağına sevinib. Maraqlıdı ki, meydan sahibləri qolların hamısı ilk 36 dəqiqədə rəqib qapısından keçiriblər.

Almaniya Bundesliqası, 32-ci tur

3 may

Maynts – Leyptsiq 3:3
Qol
: Onisivo, 43. Niakate, 67. Mateta, 83 – Klostermann, 20; 32. Verner, 49.

4 may

Bavariya – Hannover 3:1
Qol
: Levandovski, 27. Qoretska, 40. Riberi, 84 – Jonatas, 51-pen.

Borussiya M – Hoffenhaym 2:2
Qol
: Ginter, 72. Drmiç, 84 – Kaderabek, 32. Amiri, 79.

Herta – Ştutqart 3:1
Qol
: İbişeviç, 40. Duda, 45. Kalu, 67 – M.Qomes, 70.

Volfsburq – Nürnberq 2:0
Qol
: Klaus, 38. Tisserand, 78.

Verder – Borussiya D 2:2
Qol
: Mohvald, 70. Pizarro, 75 – Pulişiç, 6. Alkaser, 41.

5 may

Şalke – Auqsburq 0:0

Frayburq – Fortuna 1:1
Qol
: Qrifo, 9-pen – Kounaçki, 31.

Bayer – Ayntraxt 6:1
Qol
: Haverts, 2. Brandt, 13. Alario, 23; 34. Aranquis, 28. Hinteregger, 36-öz qapısına – Kostiç, 14.

Bombardir: Robert Levandovski (Bavariya) – 22 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button