“Borussiya”nın hücumçusundan ABŞ-dakı irqçiliyə etiraz

Almaniyanın “Borussiya” (Münhenqladbax) klubunun futbolçusu Markus Turam ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümünə maraqlı bir üsulla etirazını bildirib.

Komanda.az xəbər verir ki, fransalı hücumçu Bundesliqanın 29-cu turu çərçivəsində qarşılaşdıqları “Yunion” ilə ev oyununun (4:1) 41-ci dəqiqəsində özünün ilk qolunu vurduqdan sonra diz çökərək irqçiliyə və polis vəhşiliyinə etirazını nümayiş etdirib.

Qeyd edək ki, “Union Berlin”lə görüşdə dubl edən Turam fransalı məşhur futbolçu Lilian Turamın oğludu.