“Borussiya”nın hücumçusu sıraya döndü

“Borussiya”nın hücumçusu Erlinq Haland zədəsini sağaldıb.

Komanda.az xəbər verir ki, bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 19 yaşlı futbolçunun artıq kollektiv məşqlərdə iştirak etdiyi bildirilir.

Xatırladaq ki, Haland Bundesliqanın 28-ci turunda “Bavariya” ilə matçda (0:1) zədələnmişdi. Norveçli hücumçu bu üzdən 29-cu turda “Paderborn”u 6:1 yendikləri səfər oyununu buraxmaq məcburiyyətində qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button