“Borussiya”nın hücumçusu La Liqa klubunda – RƏSMİ

İspaniyanın “Real Sosyedad” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi Almaniyanın “Borussiya” (Dortmund) klubunun gənc hücumçusu Aleksander İsakı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

19 yaşlı forvardla 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

İspaniya mətbuatının iddiasına görə, “Real Sosyedad” İsveç millisinin də şərəfini qoruyan bu futbolçunun transferinə görə, “Borussiya”ya 10 milyon avro təzminat ödəyəcək.

Aleksander İsak geridə qalan mövsümdə icarə əsasında Hollandiyanın “Willem II” klubunda çıxış edib və 18 oyuna 14 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button