“Borussiya”nın futbolçusunun şərti: “O qalırsa, mən gedirəm”

Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Mario Getse komandanı tərk edə bilər.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu, baş məşqçi Lusyen Favrın Dortmund təmsilçisində qalacağı halda, klubu tərk etmək qərarına gəlib. Buna səbəb, onun kifayət qədər oynamaq şansı qazanmamasıdır. Almaniyalı futbolçu, qış fasiləsində komandanı tərk edərək, daha çox şans qazanacağı kluba keçmək niyyətindədir.

2013-cü ildə “Borussiya”dan “Bavariya”ya transfer olunan futbolçu, 2016-cı ildə yenidən Dortmund klubuna qayıtmışdı. O, cari mövsümdə iştirak etdiyi 11 oyundan sadəcə birində 90 dəqiqə meydanda olub. Bu oyunlarda o, 2 qol, 1 məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button