“Borussiya”nın futbolçusunda koronavirus aşkarlandı

Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Reynir koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 18 yaşlı futbolçunun COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Bu üzdən də o, karantinə alınıb.

Qeyd edək ki, müqavilə ilə Madrid “Real”ına məxsus olan Reynir “Borussiya”da icarə əsasında çıxış edir.

Dortmund klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində noyabrın 24-də Belçika “Brügge”si ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button