“Borussiya”nın futbolçusu PSJ-nin hədəfində

Dortmund “Borussiya”sının futbolçusu Yulian Vayql karyerasını Fransada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə PSJ yaxından maraqlanır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. PSJ-nin yay transfer pəncərəsi dövründə Vayql üçün “Borussiya” ilə danışıqlara başlayacağı bildirilir.

Geridə qalan mövsümdə az şans qazanan Vayql da Dortmund təmsilçisindən ayrılmaq istəyir. 2015-ci ildən “Borussiya”da çıxış edən yarımmüdafiəçi, son mövsümdə Bundesliqada 18 qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button