“Messi bizə qarşı oynasa…” – Roys

“Borussiya”nın futbolçusu Marko Roys Çempionlar Liqasının qrup mərhələsində “Barselona” ilə qarşılaşacaqları ilk oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Dortmund təmsilçisinin kapitanı olan Roys, Lionel Messinin bugünkü oyunda iştirak etməsini istədiyini deyib:

“Messi bizə qarşı oynasa, çox xoşbəxt olardım. O, hazırda planetin ən yaxşı futbolçusudur.

Pako Alkaserlə (“Borussiya”ya “Barselona”dan keçən futbolçu) danışdım. O, sakitdir və özünü yaxşı hiss edir. Onun “Barselona” ilə oyunda bizə çox kömək edəcəyini düşünürəm”.

Bu gün keçiriləcək “Borussiya” – “Barselona” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button