“İnter” onun üçün mövsümün sonunu gözləyəcək

Cari mövsümün sonunda “Borussiya” (Dortmund) ilə müqaviləsi başa çatacaq Mario Getse karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter” 27 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Baş məşqçi Antonio Kontenin heyətdə görmək istədiyi futbolçu ilə “İnter”in yaxından maraqlandığı deyilir. “Neradzurra” almaniyalı futbolçunu mövsümün sonunda azad agent kimi transfer etməyi planlaşdırır.

“Borussiya”nın yetirməsi hesab olunan futbolçu 2013-cü ildə “Bavariya”ya transfer olunmuş, 2016-cı ildə yenidən Dortmund təmsilçisinə qayıtmışdı.