“Borussiya”nın futbolçusu ABŞ-da ilin ən yaxşısı seçildi

ABŞ-da 2020-ci ilin ən yaxşı gənc futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Covanni Reyna ölkəsində ilin ən yaxşısı elan olunub.

Bu barədə ABŞ yığmasının mətbuat xidməti məlumat yayıb. 18 yaşlı futbolçu bu mövsüm Dortmund təmsilçisinin heyətində 13 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, bir neçə gün öncə “Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenni də ABŞ-da ilin ən yaxşı futbolçusu elan olunmuşdu.