“Borussiya”nı “Bazel”ə dəyişdi

“Borussiya”nın (Dortmund) qapıçısı Marvin Hits karyerasını “Bazel”də davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

34 yaşlı isveçrəli qolkiper yeni klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

Xatırladaq ki, Hits 2018-ci ildən Dortmund təmsilçisində oynayırdı.