Meydan sahiblərinin günü

Almaniya Bundesliqasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış oyununda “Ayntraxt” və “Bayer” komandaları üz-üzə gələcək. Frankfurt təmsilçisi doğma meydanda darmadağına sevinib.

“Bavariya” bu turda səfərdə “Auqsburq”la qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşmada Münhen təmsilçisi növbəti xal itkisi ilə üzləşib. “Leyptsiq” isə “Volfsburq”u qəbul edib. Çətin səfərdən xalla dönən volfsburqlular zirvəyə şərik olublar.

Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı ilə Münhenqladbax “Borussiya”sı üz-üzə gəlib. Lider olan münhenqladbaxlılar Dortmunddan məğlubiyyətlə qayıdıblar.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Köln” doğma meydanda “Paderborn”u, “Hoffenhaym” isə “Şalke”ni məğlub edib.

Almaniya Bundesliqası, 8-ci tur

18 oktyabr

Ayntraxt – Bayer 3:0
Qol
: Pasiensiya, 4; 17-pen. Dost, 80.

19 oktyabr

Auqsburq – Bavariya 2:2
Qol
: Rixter, 1. Finnboqason, 90+1 – Levandovski, 14. Qnabri, 49.

Fortuna – Maynts 1:0
Qol
: Henninqs, 82.

Leyptsiq – Volfsburq 1:1
Qol
: Verner, 54 – Veqorst, 82.

Yunion – Frayburq 2:0
Qol
: Bulter, 1. İnqvartsen, 84.

Verder – Herta 1:1
Qol
: Sargent, 7 – Lukebakio, 70.

Borussiya D – Borussiya M 1:0
Qol
: M.Roys, 58.

20 oktyabr

Köln – Paderborn 3:0
Qol
: Terodde, 8. Şaub, 59. Bornau, 85.

Hoffenhaym – Şalke 2:0
Qol
: Kramariç, 72. Bebu, 85.

Bombardir: Robert Levandovski (Bavariya) – 12 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button