“Borussiya”dan yeni mövsüm üçün ikinci transfer

Almaniyanın “Borussiya” (Dortmund) klubu yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Frayburq”un futbolçusu Niko Şlotterbeki heyətinə qatıb.

Bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb. Almaniya millisinin müdafiəçisi ilə 2027-ci ilin iyununa kimi müqavilə imzalanıb. Müqavilə bu mövsüm başa çatdıqdan sonra qüvvəyə minəcək.

Xatırladaq ki, “Borussiya” bundan əvvəl yeni mövsüm üçün “Bayern”dən Niklas Süleni transfer etdiyini açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button