“Borussiya”dan PSJ-yə – 32 milyon avroya

“Borussiya” (Dortmund) klubunun futbolçusu Abdu Diallonun PSJ-nin maraq dairəsində olduğunu xəbər vermişdik.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi bu keçidi yekunlaşdırmaq üzrədir. Almaniya klubu ilə transferin bütün detallarını razılaşdıran PSJ, 23 yaşlı müdafiəçini tibbi müayinədən keçirib.

PSJ-nin fransalı futbolçu üçün Dortmund təmsilçisinə 32 milyon avro ödəyəcəyi və Diallo ilə 5 illik müqavilə bağlayacağı bildirilir.

Transferin sabah rəsmi şəkildə açıqlanacağı gözlənilir.