Getse gedir

Cari mövsümün sonunda “Borussiya”dan (Dortmund) ayrılması gözlənilən Mario Getse karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Bayer” 27 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. “Bayer” “Borussiya” ilə müqaviləsi mövsümün sonunda bitəcək yarımmüdafiəçini azad agent kimi heyətinə qatmağı planlaşdırır. Artıq klubun Getse ilə danışıqlara başladığı bildirilir.

Getsenin adı “Herta” ilə də yanaşı çəkilir. “Borussiya” futbolçuya yeni müqavilə təklif etmiş, lakin danışıqlar uğursuz nəticələnmişdi. Getse 2016-cı ildən Dortmund klubunun şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button