“Borussiya”dan ayrılan futbolçu rəsmən “Atletiko”da

Dortmund “Borussiya”sından ayrılan Aksel Vitselin Madrid “Atletiko”suna keçidi rəsmiləşib.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayib.

Belçika millisinin yarımmüdafiəçisi yeni klubu ilə 1 illik sözləşməyə imza atıb.

Xatırladaq ki, sözügedən futbolçu Dortmund “Borussiya”sından azad agent qismində ayrılmışdı. 33 yaşlı oyunçu ötən mövsüm Bundesliqada 29 oyuna çıxıb, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button