“Borussiya”da yeni müqavilə: İngilislər istəyirdi

Almaniyanın “Borussiya” (Münhenqladbax) klubu futbolçusu Patrik Hermannın müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi 28 yaşlı hücumçu ilə müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2010-cu ildən “Borussiya”da forma geyinən Hermannın əvvəlki müqaviləsi mövsümün sonunda bitirdi. İki dəfə də Almaniya millisinin şərəfini qoruyan futbolçu ilə İngiltərənin “Kristal Pelas” və “Nyukasl” klubları yaxından maraqlanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button