Daha iki yarımfinalçı bəlli oldu

Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Münhenqladbax “Borussiya”sı doğma meydanda Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Dortmundlular bu görüşdən minimal hesabla qalib ayrılıblar və yarımfinala yüksəliblər.

İlk oyun günündə keçirilməli olan “Yan Regensburq” – “Verder” matçı isə koronavirusa görə təxirə salınıb.

Digər yarımfinalçılar bu gün müəyyənləşib. Səfərdə “Essen”lə qarşılaşan “Holştayn” darmadağına sevinib. “Leypsiq” isə “Volfsburq”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Almaniya kuboku, 1/4 final

2 fevral

Borussiya (Münhenqladbax) – Borussiya (Dortmund) 0:1

3 fevral

Essen – Holştayn 0:3

Leypsiq – Volfsburq 2:0