Çempionlar Liqası matçından əvvəl “Beşiktaş”da 2 ciddi itki

Türkiyənin “Beşiktaş” klubu sentyabrın 15-də, Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda qarşılaşacağı “Borussiya” (Dortmund) ilə oyundan əvvəl iki ağır itkiylə üzləşib.

Komanda.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, “qara qartallar”ın iki futbolçusu – Domaqoy Vida və Aleks Teyşeyra “Borussiya” ilə görüşdə forma geyinə bilməyəcək.

Xorvat müdafiəçi Vida zədə səbəbindən azı üç həftə yaşıl meydanlardan uzaq qalacaq. Braziliyalı Teyşeyranın isə zədəyə görə Dortmund təmsilçisi ilə qarşılaşmada olmayacağı dəqiqdir.