“Borussiya” Halandı satdı, 20 yaşlı hücumçu aldı

Almaniyanın “Borussiya” (Dortmund) komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Avstriyanın “Zalsburq” klubundan Kərim Adeyemini transfer edib.

Bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atıb. Sözləşmənin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Gənc forvard yeni komandasında İngiltərənin “Mançester Siti” klubuna keçən Erlinq Halandı əvəzləyəcək.

Adeyemi “Zalsburq”da keçirdiyi 42 oyunda 23 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya millisinin də üzvü olan futbolçu 3 görüşdə 1 dəfə fərqlənib.