“Borussiya”nın futbolçusu PSJ-nin “radar”ında

“Borussiya” (Dortmund) klubunun futbolçusu Abdu Diallo PSJ-nin diqqət mərkəzinə düşüb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisi 23 yaşlı müdafiəçini transfer etmək niyyətindədir. “Monako”nun yetirməsi olan Diallo da Fransaya qayıtmağa müsbət yanaşır.

PSJ-nin yaxın günlərdə Diallo üçün Dortmund klubuna rəsmi təklif göndərəcəyi gözlənilir.

Diallo 2018-ci ilin yayında, 28 milyon avro qarşılığında “Borussiya”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button