“Barselona”nın sabiq üzvü Dortmund yolunda

“Uotford”un futbolçusu Jerar Deulofeu karyerasını Almaniyada davam etdirə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumçuyla Dortmund “Borussiya”sı yaxından maraqlanır. Bundesliqa təmsilçisinin Deulofeunu yaxından izlədiyi və mövsümün sonunda “Uotford”la danışıqlara başlayacağı bildirilir.

Karyerası ərzində “Barselona”, “Everton”, “Milan” kimi klublarda forma geyinən Deulofeunun “Uotford”la 2023-cü ilə qədər müqaviləsi var.

Hücumçu, bu mövsüm Premyer Liqada 21 qarşılaşmada iştirak edərək, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button