“Borussiya” antirekordunu yenilədi

Dortmund “Borussiya”sı Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Tottenhem”ə 0:3 hesabıyla məğlub olub.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi bu nəticəylə, öz antirekordunu yeniləyib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, “Borussiya” Çempionlar Liqası tarixində 5-ci matçdır ki, 3 top fərqiylə məğlub olur. Dortmund təmsilçisi bundan əvvəl, 2015-ci ildə “Yuventus”a, 2014-də “Real”a, 2011-də “Marsel”ə və 1999-cu ildə “Rusenborq”a 0:3 hesabıyla məğlub olub.

“Borussiya” ilə “Tottenhem” arasındakı cavab matçı martın 5-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button