Bordin: “Onlar əsl “Neftçi” azarkeşləri deyildi”

“Neftçi”nin baş məşqçisi Roberto Bordinin Premyer Liqanın ilk turu çərçivəsində “Sabah”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, italyan mütəxəssis 1:1 hesabıyla bitən matçı belə şərh edib:

  • Yaxşı oyun göstərmədik. Bunlar hamısı düşüncədən gələn şeylərdi. Avroliqa oyunundan sonra çalışırdıq ki, komandada oyunçuları bu oyuna hazırlaşdıraq. Çalışdıq, alınmadı. Oyunçular öz səviyyələrində oyun nümayiş etdirə bilmədilər. Çalışdıq ki, dəyişiklik edək, ancaq alınmadı. Sabahdan etibarən bu oyundan nəticə çıxarıb, bu vəziyyətdən çıxmalıyıq.
  • Oyun alınmadı, yoxsa komandadaxili psixoloji vəziyyət yaxşı deyildi?
  • Deməzdim, rəqib qapalı oyun oynayırdı. Boşluqlar olsa da, dəyərləndirə bilmədik. Psixoloji problem yoxdu. Komandanın “Bney Yehuda” ilə oyunda göstərdiyi xarakteri bu gün görmədik. Hələ çempionatın əvvəlidi. Toparlanmaq üçün kifayət qədər vaxtımız var.
  • Azarkeşlərin istefa tələbinə münasibətiniz necədi?
  • İtalyan dilində də şüarlar səsləndirirdilər. Azarkeşlərin bəziləri idi, hamısı deyil. Qol vurulmamışdan artıq azarkeşlər başlamışdılar. Onlar məncə, əsl “Neftçi” azarkeşləri deyildi. Əsl azarkeşlər bizi sonadək dəstəkləyirdilər. Məncə, bu, öyrədilmiş bir şey idi.
  • Komandada çatışmayan nədir?
  • Çempionatın ilk oyunu idi. Xal itirdik. Deməli, çatışmayan şeylər var. Bunun üzərində çalışmalıyıq. Mövsümə yaxşı başlamışdıq. Avroliqada 2 mərhələ keçdik, ancaq sonra komandada düşüş hiss olundu. İstərdik ki, bu vəziyyətdən çıxaq.
  • Görmək istədiyiniz komanda budurmu?
  • İlk oyunda heç-heçə oynamışıqsa, çatışmayan şeylər var. Razı qalmamışam.
  • Mətbuat konfransına gecikməyinizin səbəbi nə idi?
  • Futbolçularla söhbət idi. (Rüstəm Allahverdiyev – mətbuat xidmətinin rəhbəri)
  • Komandanı bu vəziyyətdən çıxarmaq üçün nə lazımdır?
  • İlk növbədə analiz etməliyik. Harda çatışmayan cəhət var, onları tapmalıyıq. Komandada emosional reaksiya yox idi. Əvvəlki oyunun bir az təsiri var. Bu vəziyyətdən çıxacağıq.
  • Emosional sönüklüyə əsas səbəb nədir?
  • Neçə il futbol oynamışam, neçə ildir bu sahədəyəm. Bəzən istədiyin alınmır. Üzərimizdə təzyiq var. Əvvəlki oyunda da məğlub olmuşuq. Futbolda belə enişlər olur, bir az oyunçularda konsentransiya azlığı var idi.
  • Əsas səbəb konsentrasiyadır?
  • Mən və bütün futbolçular qələbə üçün çalışırıq. İnanmıram futboldan kənar nəsə təsir etsin.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button