Bolt yenidən futbolda: 2 illik müqavilə imzaladı

Bir müddət Avstraliyanın “Sentra Kost Mariners” klubunda çıxış etdikdən sonra karyerasını bitirdiyini açıqlayan yüngül atletika üzrə 8 qat olimpiya və 11 qat dünya çempionu Useyn Bolt yenidən futbola qayıdıb.

Komanda.az xəbər verir ki, yamaykalı atlet Fransanın “Paris” klubuna transfer olunub. Bu barədə 2-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Boltla 2 illik müqavilə imzalanıb. Yamaykalı atlet növbəti mövsümdən “Paris”ə qoşulacaq.

Useyn Bolt bir müddət əvvəl Avstraliyanın “Sentra Kost Mariners” futbol klubunda çıxış edib.

Bolt 2008, 2012 və 2016-cı illərdə 100 və 200 metrə qaçışda ardıcıl olimpiya çempionu olmuş yeganə idmançıdır. O, həmçinin 100 metrə (9,58 saniyə) və 200 metrə (19,19 saniyə) qaçışda dünya rekordları əldə edib.