“Lokomotiv”in daha 4 futbolçusu koronavirusa yoluxdu

Bolqarıstanın “Lokomotiv” klubunda koronavirusa yoluxan futbolçuların sayı artıb.

Komanda.az xəbər verir ki, Plovdiv təmsilçisinin bu gün daha 4 futbolçusunda koronavirus aşkarlanıb. Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.

Bundan əvvəl “Lokomotiv”in 5 futbolçusu koronavirusa yoluxmuşdu. Virusa kütləvi yoluxma Plovdiv təmsilçisinin ölkə kubokunun final matçı çərçivəsində ÇSKA-nı məğlub etdiyi oyundan sonra keçirilən çempionluq tədbiri zamanı qeydə alınmışdı.