Baş nazir futbol birliyinin prezidentinə qarşı: “Dövlət artıq bu cür davranışlara göz yuma bilməz”

Bolqarıstanın baş naziri Boyko Borisov yerli futbol birliyinin rəhbərliyini istefaya çağırıb.

Komanda.az xəbər verir ki, buna səbəb AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Bolqarıstan – İngiltərə oyununda baş verən irqçilik olub. Bu barədə Bolqarıstanın gənclər və idman naziri Krasen Kralov “Sky Sports”a açıqlamasında deyib:

“Bu gün baş nazir Boyko Borisov mənə zəng vurdu. O, Bolqarıstan Futbol Birliyinin prezidenti Borislav Mixaylovun istefasına qədər qurumla əlaqələri, o cümlədən maliyyəni dayandırmağı əmr etdi. Mixaylovun istefasını təkcə dünənki hadisələrə görə deyil, Bolqarıstan futbolunun hazırkı vəziyyətinə görə istəyirik. Dövlət artıq bu cür davranışlara göz yuma bilməz”.

Bolqarıstan Futbol Birliyinin prezidenti Borislav Mixaylov 2005-ci ildən quruma rəhbərlik edir.

İngiltərə millisi Bolqarıstanı 6:0 hesabıyla məğlub edib.