Bojinov yenidən İtaliyaya qayıtdı

İtaliyanın “Peskara” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, B Seriyası təmsilçisi Bolqarıstan yığmasının və “Yuventus”un sabiq hücumçusu Valeri Bojinovu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan futbolçunun son iş yeri Bolqarıstan “Botev”i olub.

“Leççe”nin yetirməsi olan 33 yaşlı forvard “Yuventus” və “Botev”dən başqa karyerası ərzində “Fiorentina”, “Mançestet Siti”, “Parma”, “Sportinq” (Lissabon), “Verona”, “Levski”, “Ternana”, “Partizan” kimi klublarda da forma geyinib.