“Bney Yehuda” – “Neftçi” matçının ən yaxşısı bəlli oldu

“Neftçi”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirdiyi cavab matçının ən yaxşıları məlum olub.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatan matçın ən yaxşısı Vanqelis Platellas olub.

“Bney Yehuda” – “Neftçi” oyunu üçün “InStat”ın göstəricilərindən bəzilərini təqdim edirik:

Oyunun ən yaxşı indeksə malik futbolçusu: Vanqelis Platellas – 255

Çərçivəyə ən çox zərbə vuran: Baqali Dabo – 2

Ən çox dəqiq ötürmə verən: Kirilo Petrov – 76

İkili mübarizədən ən çox qalib ayrılan: Anton Krivotsyuk – 17

Ən çox cərimə qazandıran: Emin Mahmudov, Stiven Monroz, Vanqelis Platellas – 2