“Bney Yehuda” – “Neftçi”: Mətbuat konfranslarının vaxtı bilindi

UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 15-də, saat 21:00-da İsrailin Petak Tikva şəhərindəki “Ha Moşava” stadionunda keçiriləcək “Bney Yehuda” – “Neftçi” oyunu öncəsi “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordinin və futbolçu Dario Frederikonun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Komanda.az “Neftçi”nin saytına istinadən xəbər verir ki, tədbir avqustun 14-də, “Ha Moşava” stadionunun mətbuat zalında keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Konfransdan sonra, saat 21:00-da isə “Neftçi”nin media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi keçiriləcək.

Həmin gün “Bney Yehuda”nın baş məşqçisi Yossi Abukasisin də mətbuat konfransı və komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans Bakı vaxtı ilə saat 18:30-da, məşq isə saat 19:00-da başlayacaq.

Bakıda keçirilən “Neftçi” – “Bney Yehuda” matçı qollu bərabərə bitib – 2:2.