“Bizim üçün çox çətin olacaq” – Ederson

İngiltərənin “Mançester Siti” klubunun qapıçısı Ederson “Liverpul”la bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızılar” haqqında danışan 26 yaşlı futbolçu, çempionluq yarışı ilə bağlı da fikirlərini bildirib:

“Liverpul”un heyətində təkcə Alisson Bekkerlə deyil, Roberto Firmino və Fabinyo ilə də münasibətlərim yaxşıdır. Bəzən onlarla bir araya gələrək, oyun oynayırıq, rəqabətimiz yalnız meydandadır. “Liverpul”la xal fərqinin böyük olduğunu bilirik, amma işimizi görməyə davam etməliyik. Meydanda ən yaxşısını edərək, oyunda qalib gəlməyə çalışırıq. Bilirik ki, bizim üçün çox çətin olacaq, çünki “Liverpul” çox yaxşı mövsüm keçirir. Amma futbolda hər şey ola bilər. İstənilən nəticəyə hazır olmalıyıq. Daha çox öz komandamın oyununa və nəticələrinə köklənən futbolçuyam, rəqiblərin oyununa diqqət etməməyə çalışıram”.  

Premyer Liqada keçirdiyi 18 turdan sonra 38 xal toplayan “Mançester Siti” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və bir oyun az keçirən lider “Liverpul”dan 11 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button