“Bizdən daha yaxşı komandaya uduzduq” – “Ferentsvaroş”un prezidenti

Macarıstanın “Ferentsvaroş” klubunun prezidenti Qabor Qubadov evdə “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, “feysbuk” səhifəsində post paylaşan Qubadov, “köhlən atlar”ın Budapeşt təmsilçisindən güclü olduğunu etiraf edib:

“Bu gün bizdən daha yaxşı komandaya uduzduq. Gələn həftə inkişaf etməyə çalışacağıq. Həmişə mübarizə apar, heç vaxt təslim olma!”