“Biz taktiki mübarizədə qalib olduq” – “Lion”un baş məşqçisi

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Mançester Siti”ni 3:1 hesabı ilə məğlub edən “Lion”un baş məşqçisi Rudi Qarsiya açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, rəqibi taktiki mübarizədə məğlub etdiyini bildirib:

“Futbolçularımla qürur duyuram. Özümüzə inanırdıq, bu uğuru qazana biləcəyimizə inanırdıq. Oyunun favoriti deyildik, amma qalib gəlməyi bacardıq. Futbolçularda komanda ruhu vardı, hər kəs bir-birinə kömək edirdi. Biz taktiki mübarizədə qalib olduq. Bu zehniyyəti göstərsək, “Bavariya” ilə oyunda da uğura ümid edə bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button