“Biz Premyer Liqanın ən yaxşı futbolçusunu itirdik” – Lempard

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Frenk Lempard komandanın vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, keçən yay Eden Hazardın klubdan ayrılmasına toxunan Lempard, transferlərlə bağlı da danışıb:

“Biz Premyer Liqanın ən yaxşı futbolçusunu itirdik. Keçən il heç bir transfer edə bilmədik, sadəcə meydanda əlimizdən gələni etməyə çalışdıq. İlk altılıqda olmağa çalışan komandalar həm keçən yay, həm də bu il heyətlərini gücləndirdilər. Biz isə iki ildir heç bir transfer edə bilmirik. İndi geri qayıtmışıq və bizi inkişaf etdirəcək futbolçuları almışıq. Olmaq istədiyimiz yerə çatmaq üçün çalışırıq, öz heyətimizi qurmaq istəyirik. Bizə olan ümidləri anlayıram. Çox çalışmalı və ümidləri doğrultmalıyıq”.