“Mançester Yunayted”də oynayırsızsa, bu, keçirə biləcəyiniz ən böyük matçlardan biridir” – Sulşer

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer İngiltərə Premyer Liqasının növbəti turunda “Liverpul”la keçirəcəkləri oyunla bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, qələbə qazanmaq istədiklərini bildirib:

“Qələbə qazanmaq istəyiriksə, oyuna tam hazır olmalıyıq və düşünürəm ki, futbolçular zehni olaraq buna hazırdırlar. Azarkeşlərimiz də hər zamankı kimi, bizə dəstək olacaqlar. Rəqibin heyətində yüksək səviyyəli, keyfiyyətli futbolçular var, amma biz “Mançester Yunayted”ik. Bizim də yaxşı futbolçularımız var. Gözləntilərə uyğun yaşamalıyıq. “Mançester Yunayted”də oynayırsızsa, bu, keçirə biləcəyiniz ən böyük matçlardan biridir. Bu oyunda öz səviyyənizi nümayiş etdirməlisiz”.

“Mançester Yunayted” – “Liverpul” oyunu oktybarın 20-də, saat 19:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button