“Biz hansısa komandadan qorxmuruq” – Mourinyo

İngiltərə Premyer Liqasının 10-cu turu çərçivəsində “Çelsi” ilə qarşılaşacaq “Tottenhem”in baş məşqçisi Joze Mourinyo açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mourinyo, rəqibdən çəkinmədiklərini bildirib:

“Rəqibin səviyyəsinə hörmət edirik. Onların da bizə hörmət etdiklərini düşünürəm. Frenk Lempard transferlərə çox pul xərclədi. O, gələcək komandasını formalaşdırır. Lempard çox təcrübəli şəxsdir. Bizə qalib gəlməyin çətin olduğunu bilir. Biz hansısa komandadan qorxmuruq. İnanıram ki, onlar da adi bir rəqiblə oynamayacaqlarını bilirlər”.

“Çelsi” – “Tottenhem” oyunu bu gün, saat 20:30-da başlayacaq.