“Pandemiya ilə bağlı vəziyyət sabitləşəndə, onunla danışacağıq” – “Barselona”nın prezidenti

İspaniyanın “Barselona” klubunun prezidenti Xosep Maria Bartomeu komandadakı gələcəyi müzakirə olunan Mark-Andre Ter Ştegen və Fransisko Trinkao ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, hər iki futbolçunun Kataloniya klubunda qalacağını bildirib:

“Ter Ştegen mükəmməl bir insandır və bir qapıçı olaraq da hansı səviyyədə olduğunu göstərdi. O, mövcud vəziyyətlə bağlı olaraq, gələcəyi haqqında danışmaq üçün gözləməyin daha yaxşı olduğunu bildirdi, amma bütün bunlar “Barselona” üçün müsbət bir şeydir. Ter Ştegenlə müqavilə yenilənəcək. Pandemiya ilə bağlı vəziyyət sabitləşəndə, onunla danışacağıq.

Trinkao satılacaq futbolçu deyil. Nə Pedri, nə Ansu Fati, nə də Ter Ştegen, bu futbolçuların heç biri satılmayacaq. Biz gələcəyin yeni nəslini yaradırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button