“Biz də səhv etdik, amma…”

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Yuventus”a 0:3 hesabı ilə məğlub olan “Atletiko”nun baş məşqçisi Dieqo Simeone matçdan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis, “Yuventus”un bu qələbəyə layiq olduğunu deyib:

“Yuventus”u təbrik etməliyəm, çünki çox yaxşı hücum etdilər. Bizdən daha yaxşı oynadılar və qələbə layiq oldular. Biz də səhv etdik, amma rəqib taktiki olaraq çox yaxşı idi.

Bu matçın bizim ən pis oyunumuz olduğunu düşünmürəm. Oyunda xarakter azlığı görmədim. Sadəcə, rəqib çox yaxşı oynadı. Məncə, “Yuventus”un ən böyük gücü təzyiq yarada bilməsidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button