“Biz belə uduzmağa layiq deyildik” – Kuman

İspaniya La Liqasının 7-ci turunda “Real”a 1:3 hesabı ilə məğlub olan “Barselona”nın baş məşqçisi Ronald Kuman açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, VAR sistemindən (videotəkrar) narazı olduğunu bildirib:

“Yaxşı oynadıq, qol şansları yaratdıq. Yaxşı oyunumuzu ikinci hissədə də davam etdirdik. Düşünürəm ki, məğlubiyyətə layiq deyildik. Hakimin bəzi qərarlarını anlamaq çətindir. Penalti qərarı nəticəyə təsir etdi. Həmin ana qədər yaxşı oynadıq. VAR-ı başa düşmürəm, məncə, bu sistem yalnız “Barselona”ya qarşı işləyir. Biz belə uduzmağa layiq deyildik. Cari mövsümdə “Barselona”nın lehinə VAR qərarı verilməyib”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button