“Bizə keyfiyyətli futbolçular lazımdır” – ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə çempionatının ikinci turunda “Brentford”a (0:4) məğlubiyyətdən danışıb:

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, niderlandlı məşqçi yüksək səviyyəli yeni futbolçulara ehtiyac olduğunu deyib:

“Biz komanda olaraq çətin vəziyyətdəyik. Təbii ki, hamımız fərqli bir başlanğıc gözləyirdik. Deyəsən, keçən mövsüm baş verənləri bu mövsümə keçirdik. Biz bunu tez dəyişməliyik. Bizə yeni, keyfiyyətli futbolçular lazımdır. Onları klubumuza gəlməyə inandırmağa çalışacağıq”.

“Mançester Yunayted” üçün bu məğlubiyyət Premyer Liqada ardıcıl ikinci olub. İngiltərə Premyer Liqasının ilk turunda MY doğma meydanda “Brayton”a 1:2 hesabı ilə uduzub. “Qırmızı şeytanlar” hazırda Premyer Liqada sonuncu yerdədir.

Növbəti turda “Mançester Yunayted” “Liverpul”la qarşılaşacaq.