“Bizə Messi və ya Ronaldo lazım deyil”

“Mançester Siti”nin futbolçusu Bernardo Silva açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi, MS-nin Lionel Messi və Kriştiano Ronaldo kimi futbolçuya ehtiyacı olmadığını deyib:

“Bizə Messi və ya Ronaldo lazım deyil. Komandada hər futbolçunun bir vəzifəsi var və hər kəs hansı rolu oynadığını bilir. “Mançester Siti” komanda oyununu mənimsəyib və Messi, Ronaldo kimi futbolçular olmadan da güclü oyun göstərə bilir”.

“Şəhərlilər”lə 2025-ci ilədək müqaviləsi olan 24 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 43 oyunda 11 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.